Tarix: 13-05-2021 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Bildirilib ki, Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.
“A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq”, - deyə qeyd edilib.
Avdeev 1967-ci ildə Daşkənddə anadan olub. O, motoatıcı qoşunlarının generalıdır. Rusiya Federasiyasının "Vətənə xidmətlərinə görə", 3-cü və 4-cü dərəcəli, “Jukov”, "Hərbi xidmətlərinə görə", "Dostluq", “Suvorov” medalı və digər mükafatlar ilə təltif edilib. Rüstəm Muradov eyni zamanda Cənubi Hərbi Dairə komandirinin müavinidir.
Qeyd etmək lazımdır ki, sülhməramlı hərbi qrupun komandirləri 6 aydan bir dəyişdirilməlidir. Tərəflərin etirazı yoxdursa, komandirin xidmətinin müddəti uzadıla bilər.
Görünən odur ki, Rüstəm Muradovun: “Ermənistan hakimiyyəti xalqını aldadır” - açıqlamasından sonra ölkənin hərbi-siyasi rəhbərliyi onun əvəzlənməsi üçün əlindən gələni edib.
Digər xəbərlər