Tarix: 06-05-2021 | Saat: 14:43
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
“AVRO-2020-nin kuboku artıq Bakıdadır”.
Bunu AVRO-2020-nin ulduz səfiri Vəli Qasımov deyib.
Rusiya, İspaniya və Portuqaliyada legioner həyatı yaşamış 52 yaşlı sabiq futbol veteranı kubokun şəhər gəzintisinin sabah olacağını bildirib:
“Bu gün birinci Qobustanda şəkil çəkdirdik. Hazırda İçərişəhərdəyik. Daha sonra Heydər Əliyev Mərkəzinə, sonda isə Bakı Olimpiya Stadionuna gedəcəyik. Hələ ki, AVRO-2020-nin talismanı ilə birgə şəkil çəkdiririk. Azarkeşlərə şəkil çəkdirməyə icazə verilmir. Rəsmi şəhər gəzintisi sabah olacaq. Artıq onda azarkeşlər də kənardan kubokla şəkil çəkdirə biləcək.
Sabah şəhər gəzintisinə Bakı Olimpiya Stadionundan başlanılacaq. Saat 14:00-da kubok şəhər turuna çıxarılacaq”.
Qeyd edək ki, dörd oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində baş tutacaq.Oxu.az
Digər xəbərlər