Tarix: 02-02-2018 | Saat: 13:19
Bölmə:Karusel / Sosial | çapa göndər
"Yol hərəkəti haqqında" Qanuna edilən və bu gündən qüvvəyə minən əhəmiyyətli dəyişiklik də var.
"Qarabaginfo" "Avtosfer.az"a istinadən xəbər verir ki, bu gündən etibarən sürücülük vəsiqəsi alarkən, vəsiqəni dəyişərkən, avtomobilinizi qeydiyyata və təkrar qeydiyyata aldırarkən, texniki baxışdan keçirdərkən qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələriniz olsa və bu cərimələri ödəməsəniz, sizə imtina ediləcək."
Bunu yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib.
Ekspert sürücülərə bu işlər üçün gedəndə qüvvəyə minmiş cərimələri ödəməyi tövsiyyə edib.
Digər xəbərlər