Tarix: 01-09-2024 | Saat: 22:17
Bölmə:Karusel / Dünya | çapa göndər
Təl-Əvivdəki Ben Qurion hava limanı İsraildə baş tutacaq tətillər fonunda sentyabrın 2-si yerli vaxtla saat 08:00-dan etibarən bağlanacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, hava limanı uçuş və enişlər üçün bağlı olacaq.
Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı konfederasiyasının rəhbəri Arnon Bar-David sentyabrın 2-də ölkə hakimiyyətindən Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsinə nail olmaq tələbi ilə bir günlük ümumi tətil elan edib.
O bu bəyanatı Qəzzada daha 6 israilli girovun, o cümlədən Rusiya vətəndaşlığı olan Aleksandr Lobanovun da öldüyü xəbərindən sonra verib.
Sentyabrın 2-də fəaliyyətini dayandıracaq müəssisələrin tam siyahısı daha sonra açıqlanacaq.
Ynet portalının məlumatına görə, tətilə səhiyyə müəssisələri, apteklər, müdafiə müəssisələri, qida fabriklərinin qoşulacağı gözlənilir.
Təl-Əviv bələdiyyəsi artıq tətili dəstəkləyib.
Digər xəbərlər