Tarix: 29-01-2018 | Saat: 11:14
Bölmə:Karusel / Sosial | çapa göndər
Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb.
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, rayonun Cəfərli kəndi yaxınlığında mühafizə olunan qoruq ərazisində 3 nəfər tutulub. Onlar Ağsunun Kəndoba kənd sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu olduğudur.
Həmin şəxslərdən 3 ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı "Qırmızı kitab"a düşmüş 4 Bəzgək quşu götürülüb.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı "Qırmızı kitab"a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.
Digər xəbərlər