Tarix: 21-04-2021 | Saat: 09:50
Bölmə:Karusel / Region | çapa göndər
“Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə şirkətinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazisini mina təhlükəsi və partlayıcı obyektlərdən təmizləməyə davam edir”.
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) bu gün yaydığı məlumatda bildirilir.
“Hazırda rusiyalı istehkamçılar şəhər tipli Qırmızı Bazar qəsəbəsinin kənarında partlayıcı maddələr axtarır. Silahlı münaqişə zamanı əvvəllər yerli sakinlər tərəfindən becərilən əkinçilik əraziləri top atəşinə məruz qalmışdı.
Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları təxminən beş hektar əkin sahəsinin tam təmizlənməsini həyata keçirdi. Görülən işlər sayəsində yerli fermerlər torpaq becərməyə və tut əkinlərinə qulluq etməyə qayıda bilərlər” - açıqlamada deyilir.
Məlumata görə, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları 2012 hektar ərazini, 620 kilometr yolu partlamamış hərbi sursatlardan təmizləyib, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 ev və binanı yoxlayıb, 25 580 partlayıcı aşkar edilərək zərərsizləşdirilib.
“Bölgənin partlayıcı maddələrdən təmizlənməsində yardım göstərməklə yanaşı, dünən rus sülhməramlıları Dağlıq Qarabağdakı sərhəd xəttinin dərhal yaxınlığında yerləşən Amaras və Dadivank (Xudavəng – red.) monastırlarına 50-dən çox zəvvarın müşayiətini təşkil etdilər.
Dadivank (Xudavəng) manastırı ən qədim xristian monastırlarından biridir və üçtərəfli bir bəyanata uyğun olaraq 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən Kəlbəcər bölgəsi ərazisindədir”, - deyə Rusiya MN-dən bildirilib. (Modern.az)
Digər xəbərlər