Saytımızı qiymətləndirin


 
 

ADY: Bayram günlərində Bakı-Sumqayıt qatarı işləməyəcək
Tarix: 14-07-2021 | Saat: 17:44
Bölmə:Karusel / Sosial | çapa göndər

 

ADY: Bayram günlərində Bakı-Sumqayıt qatarı işləməyəcək

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 18, 19, 20 və 21 iyul tarixlərində hərəkətdə olmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Qarabaginfo.az-a verilən məlumata görə, sözügedən xətt üzrə qatarlar 17 iyul tarixində tam iş günü cədvəli üzrə hərəkət edəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 29 iyun 2021-ci il tarixli qərarına əsasən, bu il Qurban bayramı günlərində (iyulun 20, 21-i) ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilmişdi. 17 iyulda isə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa qoyulmuşdu.

Ancaq Nazirlər Kabinetinin 1 iyul 2021-ci il tarixli qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Başqa sözlə, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri iş günü olacaq.



Xəbəri paylaş

1312 dəfə oxunub.

Digər xəbərlər