Saytımızı qiymətləndirin


 
 

“Bu, Azərbaycanın suverenliyinə qəsd, Putinin imzasına hörmətsizlikdir!” - Millət vəkili
Tarix: 20-04-2021 | Saat: 14:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bu, Azərbaycanın suverenliyinə qəsd, Putinin imzasına hörmətsizlikdir!” - Millət vəkili

Xarici medianın yaydığı məlumata görə, Rusiya hərbçiləri 9 May Qələbə Günü  ilə əlaqədar hazırlıqlara başlayıb. Sülhməramlılar İkinci Dünya Müharibəsində Sovet ordusunun faşizm üzərindəki qələbəsinin ildönümünü qeyd etmək üçün Xankəndində parad keçirməyi planlaşdırır. Bu səbəblə artıq Xankəndi aeroportunda təlimlərə 450 rus hərbçisi cəlb olunub. Rusiya Müdafiə Nazirliyi paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin iştirak edəcəyini diqqətə çatdırıb. Bəzi ekspertlər paradda separatçı rejimin nümayəndələrinin də iştirak edəcəyi ilə bağlı fikirlər səsələndirir.

Məsələyə münasibət bildirən Milli Məclis deputatı Fəzail Ağamalı vurğulayıb ki, əgər doğrudan da, belə bir addım atılarsa, bu, 2020-ci il noyabrın 10-da Vladimir Putinin təminatçısı olduğu və imza atdığı bəyanatın bütün fəlsəfəsinə zidd olar:

“Rusiya sülhməramlı qüvvələri orada hələ də fəaliyyət göstərən dağınıq silahlı dəstələrlə birlikdə belə bir addım atarsa, bu, əldə edilən razılaşmanın pozulması deməkdir. Rusiyanın sülhməramlı qüvvələri bununla bağlı təşəbbüsə qətiyyən imkan verməməlidir”.

Millət vəkili Azərbaycanın bu məsələdə kifayət qədər həssas olduğunu qeyd edib:

“Bizim kimdənsə çəkinəcəyimiz yoxdur. Əgər məsələyə aydınlıq gətirilməsə, may ayının 9-da belə bir hadisə baş versə, düşünürəm ki, bu, Azərbaycan dövlətinin kəskin reakiyası ilə qarşılanacaqdır. Düzü, sülhməramlı qüvvələrin 9 Mayda Qarabağda tədbir keçirməsi hansı şəkildə mümkündür bilmirəm, çünki onların fəaliyyəti xaricdə fəaliyyət göstərən bu cür qüvvələrin davranışı ilə birbaşa bağlıdır. Ancaq orada əgər Ermənistanın tör-töküntü, hərbi dəstələri ilə bərabər parad keçirmək istəyi varsa, bu, həm beynəlxalq hüquq normalarının pozulması, həm Azərbaycanın suverenliyinə qəsd, həm də Vladimir Putinin imzasına böyük hörmətsizlikdir.



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər
9-09-2019, 14:00 ÇƏTİN SUAL - hekayə