Saytımızı qiymətləndirin


 
 

Paşinyan İlham Əliyevlə aparılan danışıqların detallarını AÇIQLADI: “Bakı “5+2” formulunu rədd etdi”
Tarix: 14-04-2021 | Saat: 13:37
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında II Qarabağ müharibəsinin gedişi zamanı atəşkəs üçün aparılan müzakirələrin bəzi detallarını açıqlayıb.

Qarabaginfo.az
xəbər verir ki, Paşinyanın sözlərinə görə, artıq oktyabrın ikinci yarısında Qarabağdakı separatçıların “başçısı" Arayik Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşmələr aparıb, vəziyyəti təhlil edərək ağır güzəştlərlə kapitulyasiyaya getmək qərarı verib. 


Sonra Putinə zəng edərək, işğal olunmuş ərazilərin 5+2 formulu ilə Azərbaycana qaytarılmasına razı olduğunu bildirib.

“Oktyabrın ikinci yarısında Putinə zəng etdim, “5+2” formulu üzrə razı olduğumuzu bildirdim. Azərbaycanın qaçqınların qayıtması ilə bağlı şərtləri var idi. Bildirdim ki, bu məsələ Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prosesi ilə əlaqələndirilsə, etirazımız olmayacaq".

Bundan sonra Putin Ermənistanın təklifi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan tərəfi bu formuldan imtina edib və 7 rayonun hamısının dərhal qaytarılmasını tələb edib.

Paşinyanın sözlərinə görə, Prezident İlham Əliyevlə telefon danışığı aparan Rusiya lideri Vladimir Putin Bakının Hadrut bölgəsini qaytarmaq tələbini də qəti şəkildə rədd etdiyini bildirib.

“Putin Azərbaycan prezidenti ilə danışdı və məlum oldu ki, Bakı Hadrutu verməkdən qəti şəkildə imtina edir, o cümlədən, Şuşa da daxil olmaqla Qarabağın statusunun qaçqınların qayıtması mövzusu ilə əlaqələndirilməsini qəbul etmir".


Paşinyan deyib ki, Azərbaycan danışıqların gündəliyinə Dağlıq Qarabağın statusunun salınmasını qəti şəkildə rədd edib:


"Bakı daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələni də tamamilə rədd etdi".

(Modern.az)



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər
13-03-2022, 17:37 Kadırov Ukraynaya gəlib?