Saytımızı qiymətləndirin


 
 

“Rusiya 4 ilə Ermənistandan gedəcək”
Tarix: 25-01-2018 | Saat: 12:46
Bölmə:Karusel / Dünya | çapa göndər

“Yaxın 2-4 il ərzində Rusiya Cənubi Qafqaz regionundan çəkiləcək. Buna görə öz sərhədlərimiz üzərində nəzarəti bərpa etməliyik”.

 

"Qarabaginfo" "Modern.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya ilə Ermənistan arasında Sərhəd Qoşunlarının statusu ilə bağlı imzalanmış müqavilənin 25 illiyinə həs rolunmuş dəyirmi masa deyilib. Erməni politoloqların fikrincə, 2018-2020-ci illər ərzində Federal Təhlükəsizlik Xidməti Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən geri çəkilməli və bu sərhədlərdə nəzarəti erməni sərhədçilərə verməlidir.

Ermənistan prezidentliyinə keçmiş namizəd, diplomat Arman Melikyanın fikrincə, proses nə qədər tez baş versə, o qədər yaxşı olacaq.

“Çox güman ki, 2-4 ilə Rusiya regiondan geri çəkiləcək. Biz buna çalışmasaq da, hər halda hadisələrin bu cür inkişafına hazır olmalıyıq. Amma realist olmalıyıq. Tacikistandan geri çəkildikdən sonra Rusiyanın hərbi maraqları daralacaq və onun Ermənistanda, Cənubi Qafqazda qalmasına ehtiyac olmayacaq. Biz Rusiyanın bir gün bu ərazilərdən getməsinə hazır olmalıyıq”-deyə diplomat deyib



Xəbəri paylaş

580 dəfə oxunub.

Digər xəbərlər