Saytımızı qiymətləndirin


 
 

Trampla Zelenski arasında gərgin anlar 
Tarix: 28-02-2025 | Saat: 23:42
Bölmə:Karusel / Manşet / Dünya | çapa göndər

 trampla-zelenski-arasinda-gergin-anlar

Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, dava vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhindən sonra başlayıb. 

Zelenski eyham edərək “Sizin də gözəl okeanınız var bəlkə indi hiss etmirsiniz. Allah qorusun, sizə müharibə olmasın” deyib.

Söhbətə müdaxilə edən Tramp Zelenskiyə bu cavabı verib:

“Sən bunu bilmirsən, bizə nə hiss etməli olduğumuzu demə”.

İki tərəf arasında artan mübahisədən sonra Tramp bildirib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil. Zelenski Rusiya lideri Vladimir Putinin sülh vədlərinə sadiq qalmadığını deyib. Tramp isə bildirib ki, Putin onunla razılaşmaları pozmayıb:

“Siz indi Vaşinqtona daha çox minnətdar olmalısınız. Hazırda Üçüncü Dünya Müharibəsi ilə qumar oynayırsınız”.

Vitse-prezident JD Vens və Tramp Zelenskini Oval kabinetdə yerli media qarşısında mübahisə etdiyinə görə qınayıb:

“Bir dəfə də olsa “sağ olun” demisiniz? Sizcə, Oval Ofisə gəlib ölkənizin məhvinin qarşısını almağa çalışan administrasiyaya hücum etmək hörmət əlamətidir?” Vens Zelenskidən soruşub.

“Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”- Tramp bildirib.

“Mən kart oynamıram” deyə Zelenski Trampa cavab verib.

Tramp isə ona ABŞ-yə hörmətsizlik etdiyini və onunla oynamağa haqqı olmadığını deyib. 

Bundan sonra brifinq qısa müddət ərzində başa çatıb.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər