Saytımızı qiymətləndirin


 
 

Cəbrayılda erməni kilsəsi olubmu?
Tarix: 28-03-2021 | Saat: 21:26
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı


44 günlük müharibədə iqtisadiyyatı və ordusu darmadağın edilən və bu məğlubiyyəti həzm edə bilməyən ermənilər yeni yalanlar uydurmaqda davam edirlər. Bu dəfə onlar Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair məlumat yayıblar. Bu həm də onu göstərir ki, ermənilər zəhərli ideologiya və xəstə təxəyyüldən hələ xilas ola bilməyiblər.


Cəbrayılda işğal vaxtına kimi, ümumiyyətlə, 1 nəfər də erməni yaşamayıb. Cəbrayıl işğal olunduqdan sonra isə ermənilər Cəbrayıl Rayon Xəstəxanasını hərbi hissəyə çevirərək, yaxınlığında kilsə inşa ediblər. Köçdükləri ərazilərdə kilsə tikmək bir müddətdən sonra oranın ermənilərə məxsus olduğunu iddia etmək ermənilərin köhnə xəstəliyidir. Bu siyasət ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilir. Sonrakı dövrlərdə saxta tarix yazaraq, ermənilərin bu bölgənin qədim xalqlarından biri olduğunu sübut etmək, pozulmuş ədaləti bərpa etdikdə isə hay-küy salmaq üçün istifadə etdikləri metoddur.


Əvvəllər də bu barədə yazmışdım. Rəsmi məlumatlara əsasən, işğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid var idi. Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. Əldə etdiyimiz şəkillərə əsasən, həmin məscidlərdən Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Ermənilər bu məscidləri də yerlə yeksan ediblər. Digər kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar da dağıdılıb, və ya tamamilə baxımsız vəziyyətdədir. Bu bir daha bu xalqın hansı mənəviyyat, əxlaq və tərbiyə sahibi olduğunu göstərir.


Onu da qeyd edək ki, bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evi onlara xələl gətirmək və sökmək günah sayılır. Bu həm də onu göstərir ki, ermənilər öz dinlərinin ehkamlarına da əməl etmirlər.


Ermənilər qəbiristanlıqlarımızı dağıdaraq orada uyuyan insanların sümüklərini çıxarıb təhqir ediblər, onları orada dinc uyumağa qoymayıblar. Belə olduğu halda beynəlxalq təşkilatlar və xəbər agentlikləri niyə işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdıqları müsəlman məscidləri, alban kilsələri, rus pravoslav kilsəsi barədə məlumat yaymırlar? Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq olar?



Xəbəri paylaş

1403 dəfə oxunub.

Digər xəbərlər