Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına - Münasibət
Tarix: 25-03-2021 | Saat: 17:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Cəbrayıl bölgəsində yerləşən erməni kilsəsinin sökülməsi iddiasına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz tvitter hesabında yazıb. O sözügedən ibadətgahın hərbi personal üçün nəzərdə tutularaq qanunsuz yolla tikildiyini bildirib. Hikmət Hacıyev 2017-ci ildə Xarici İşlər Nazirliyinin sözçüsü olaraq verdiyi müsahibədən sitat gətirərək bildirib:

"2017-ci ildə Xarici İşlər Nazirliyinin sözçüsü olaraq ermənilərin heç vaxt yaşamadığı işğal altındakı Cəbrayılda qanunsuz hərbi kilsənin tikilməsi ilə bağlı açıqlama verdim. "Azərbaycana aid hər şeyi dağıtmaqla bərabər ibadətgah qurmaq xristianlığın təməl prinsiplərinə ziddir",-deyə qeyd etdim".

Daha sonra isə Prezidentin köməkçisi BBC-nin sözügedən ibadətgahla bağlı reportajını paylaşaraq qeyd edib:

"2017-ci ildə Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupu həmsədrləri Cəbrayılda tikilmiş qanunsuz ibadətgahı ziyarət ediblər. Onlar sözügedən tikilinin hərbi hissədə inşa edilmiş və əsgərlər üçün nəzərdə tutulmuş ibadətgah olduğu qənaətinə gəliblər. Zəbt olunmuş torpaqların dini-mədəni mahiyyətini dəyişdirmək istiqamətində istənilən cəhdlər qanunsuz hesab olunur".



Xəbəri paylaş

1372 dəfə oxunub.

Digər xəbərlər