Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi
Tarix: 10-03-2023 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
1183 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-03-2023 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Qaarabaginfo.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Hikmət Usubov Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi edilib.
Nazirin digər əmri ilə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov vəzifəsindən azad olunaraq, Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.
Xatırladaq ki, general-leytenant Oruc Zalov ötən ilin dekabrında təqaüdə göndərilib. O, 1998-2022-ci illərdə nazir müavini olub. 1994-2019-cu illərdə daxili işlər naziri olan Ramil Usubov isə hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.
Xəbəri paylaş
Digər xəbərlər
15-07-2026, 08:31
Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini müzakirə edib
31-01-2025, 12:11
Rəhman Şahhüseynli saxlanıldı, 500 manat cərimələndi
11-09-2025, 09:42
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
27-10-2022, 21:04
Hulusi Akar ABŞ-ın Türkiyədəki səfiri ilə görüşüb
2-07-2020, 11:08
Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir
22-06-2020, 10:24
DYP: Bakıya və rayonlara getmək istəyən 900 avtomobil geri qaytarılıb
6-01-2022, 12:59
Polis ərinin öldürdüyü Xanımın SON MƏKTUBU - “Xoşbəxt qadın deyiləm”
28-10-2022, 12:12
Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlər hakim qarşısına ÇIXARILDI
4-06-2021, 10:10
Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb


















