Bakıda daha 3 məktəb BAĞLANDI
Tarix: 17-03-2021 | Saat: 16:37
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
1389 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-03-2021 | Saat: 16:37
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Paytaxtdakı 39, 59 və 98 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bu barədə Qarabaginfo.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 39 nömrəli tam orta məktəbdə çalışan 2 müəllim, 1 direktoru müavini və bir texniki işçinin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər. Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 316 ümumi təhsil müəssisəsində 455 994 şagirdin təlim-tərbiyəsi ilə 28 354 müəllim məşğul olur. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində həyata keçirilən mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır.
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2021, 19:59
Azad edilmiş ərazilərdəki dislokasiya olunmuş bölmələrlə görüş keçirilib
20-11-2021, 08:24
Qarakənd faciəsindən 30 il ötür - HƏLAK OLAN 22 NƏFƏRİN SİYAHISI
18-11-2021, 17:05
İsrail müdafiə nazirinin xidmətçisi İrana casusluqda şübhəli bilinərək həbs edilib
5-09-2021, 11:01
Gəncə terrorunda valideynlərini itirən Sevil də tələbə adını qazanıb
15-01-2021, 17:11
Azərbaycanda avtomobillər bahalaşa bilər
17-09-2021, 15:22
Parlamentin komitə iclasında uşaqlara qarşı zorakılıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib
3-04-2024, 15:50
DİN: Goranboyda 11-ci sinif şagirdinə xəsarət yetirən şəxsin sinif yoldaşı olması müəyyən edilib
1-05-2024, 09:53
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI