Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xalis mənfəəti 4,5 dəfə azalıb
Tarix: 24-08-2022 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xalis mənfəəti 4,5 dəfə azalıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Qarabaginfo.az maliyyə hesabatına istinadən xəbər verir ki, ASC-nin xalis mənfəəti 2020-ci illə müqayisədə 4,5 dəfə azalaraq 79,2 milyon manat təşkil edib. Belə ki, 2020-ci ildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 352,9 milyon manat xalis mənfəət əldə etmişdi.

Bu dövrdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın gəlirləri əvvəlki illə müqayisədə 28,2% azalaraq 628,9 milyon manata enib, xərcləri isə 5,2% artaraq 549,8 milyon manata yüksəlib.

Bu ilin əvvəlinə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın aktivləri 2,7% artaraq 3,539 milyard manat, öhdəlikləri 52,5% artaraq 14,533 milyon manata, balans kapitalı isə 2,6% artaraq 3,524 milyard manata bərabər olub. Hesabat dövründə şirkətin bölüşdürülməmiş zərəri 90,1 min manat təşkil edib. (APA-Economics)



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər
21-12-2021, 13:57 Sabah yağış yağacaq