Tarix: 09-12-2023 | Saat: 14:49
Bölmə:Karusel / Region | çapa göndər
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflərin 28-ci Konfransının iştirakçıları bütün dünyadakı insanların maraqlarını nəzərə almalıdırlar.
Qarabaginfo.az “TASS“a istinadən verdiyi məlumata görə, bunu bunu COP28-də Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.
"Biz bütün dünyada insanların ehtiyaclarının müxtəlifliyini, o cümlədən əlçatan və etibarlı enerjiyə, suya və qidaya və daha ümumi mənada həyat keyfiyyətinin yaxşılaşdırılmasına olan ehtiyacı nəzərdən qaçıra bilmərik" - Ruslan Edelgeriyev qeyd edib.
Onun sözlərinə görə, Rusiya Paris sazişinin məqsədlərinə sadiq qalır və 2060-cı ildən gec olmayaraq karbon neytrallığına nail olmaq niyyətindədir.
Digər xəbərlər