Saytımızı qiymətləndirin


 
 

Rövşən Əkbərovu hansı cəza gözləyir?
Tarix: 17-03-2021 | Saat: 14:26
Bölmə:Karusel / Kriminal | çapa göndər

Rövşən Əkbərovu hansı cəza gözləyir?

Ukraynada qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərova Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib.

Qarabaginfo.az xəbər verir ki, irəli sürülən ittihamlar üzrə təqsirli bilinərsə, onu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur.

Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə ağır cinayət hesab edilən bu əmələ görə məsuliyyətə cəlbetmə müddəti 20 ildir. (Report)



Xəbəri paylaş

1363 dəfə oxunub.

Digər xəbərlər