“Bu gün Ermənistanda siyasi hərəkata bütün ermənilərin katolikosu rəhbərlik edir. Məqsəd Ermənistanda əvvəlki hökuməti hakimiyyətə gətirməkdir”.
Qarabaginfo.az bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Paşinyan bu gün keçirdiyi mətbuat konfrasında “Tavuş hərəkatı”na münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Katolikosun siyasi hərəkata rəhbərlik etməsi doğru deyil: “Hərəkatın sözçüsü bəyan edib ki, məqsəd Ermənistanda əvvəlki hökuməti hakimiyyətə gətirməkdir. Bu ssenari 2021-ci il seçkilərindən sonra təqdim olunmuşdu. “Ermənistan” fraksiyasının lideri bu ssenarini təqdim etdi ki, Ermənistanda hakimiyyət dəyişikliyi kilsə vasitəsilə necə həyata keçirilməlidir. Bütün ermənilərin katolikosundan xeyir-dua almaq nə deməkdir? Bir keşiş bütün ermənilərin katolikosunun icazəsi, göstərişi olmadan siyasi açıqlama verə bilməz. Görünən odur ki, prosesin lideri bütün ermənilərin katolikosu, benefisiar isə “Ermənistan” blokunun lideri Robert Köçəryandır”.