Saytımızı qiymətləndirin


 
 

Mixail Xodarenok erməniləri məyus etdi: Yerevana borcumuz yoxdur!
Tarix: 15-03-2021 | Saat: 17:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

Mixail Xodarenok erməniləri məyus etdi: Yerevana borcumuz yoxdur!

 

"Ermənistanda bütün bəlaları, o cümlədən Qarabağdakı məğlubiyyətləri Rusiya və Türkiyənin ayağına yazmaq kimi radikal ovqatlı ictimaiyyət arasında yayılmış fikirlər yenidən gündəmdədir. Həmin fikirə əsaslanan “Lragir” saytı hətta sözügedən ölkələrin Ermənistanı birgə işğal edəcəklərini də istisna etməyib".

Qarabaginfo.az xəbər verir ki, Rusiyanın tanınmış hərbi eksperti, Baş Qərargahın Baş Əməliyyat İdarəsinin sabiq əməkdaşı Mixail Xodarenok bu fikirləri “caliber.az”a şərh edib.

O deyib: “İndi həqiqətdən uzaq, sırf təxəyyül məhsulu olan bu cür uydurmalara tez-tez yer verilir”.

Həmin materialda sizin də fikirinizə yer ayrılıb. Guya Ermənistanın Qarabağdakı məğlubiyyətində ən “dəhşətli” məqam Rusiya silahlarının gözdən salınmasıdır.

Bu iqtibas mətləbdən qoparılaraq təqdim olunub. Mənim fikrim belədir: Ermənistan rəhbərliyi məsuliyyəti başqasının üstünə yaxmaq üçün davamlı olaraq Rusiya silahlarına qarşı irad bildirir. Gah hava müdafiə sistemləri qüsurludur, gah radio lokasiya vasitələri, gah da “İsgəndər” raketləri. Rusiya və Türkiyə ordularının birgə əməliyyatı ilə Ermənistanı işğal etmələrinə gəlincə, bu fikir erməni müəllifin çılğın təxəyyülündən başqa bir şey deyil. Bunun nəyə gərək olduğunu da başa düşmürəm.

“Sasna Tsrer” (Sasun dəlibaşları) adlı ümumerməni partiyasının yaydığı bəyanata inansaq, Ermənistan Rusiya – Türkiyə ikilisinə “rüsvayçı xaincəsinə” məğlubiyyətə düçar olub. Yeri gəlmişkən, həmin partiyanın fəalları 2016-cı ildə Yerevanda polis bölməsinə hücum və girov böhranı ilə də “ad” çıxarıblar, o vaxt polis arasında ölənlər də oldu.

Qarabağ müharibəsi Rusiya, yaxud Türkiyə ilə getmirdi ki. Bu cür açıqlamalarda məntiqi əsas axtarmaq da mümkün deyil (gülür). Rusiya üçün həm Azərbaycanla, həm də Ermənistanla xoş münasibətlər saxlamağın mühüm olduğu barədə dəfələrlə deyilib də, yazılıb da. Rusiyanın bu 44 günlük müharibəyə kiminsə tərəfində qarışmaq nəyinə lazım ola bilər? Görünür, Ermənistanın müəyyən siyasi dairələrində bütün daxili və xarici problemlərini Rusiyanın həll etməyə borclu olduğunu düşünmək köhnə mərəzdir. Lakin əslinə qalsa, Moskvanın Yerevan qarşısında hər hansı borcu yoxdur. Bəli, Ermənistan müttəfiqimizdir, o cümlədən KTMT-də, amma Ermənistanın xətrinə kiminləsə müharibəyə girişmək Rusiya Federasiyasının mənafeyinə uyğun deyil.

Ötən əsrin 80-ci illərində Ermənistanın bəzi dairələri müstəqillik uğrunda mübarizə aparırdı, bu ölkənin elit təbəqəsi də qərbpərəst ovqata bürünmüşdü. Sonra ölkə müstəqil oldu. Bu kiçik, az əhalisi olan, məhdud iqtisadi və hərbi potensiala malik ölkə qarşısında çoxlu problemlərin də durduğu üzə çıxdı. Həmin problemlərin həlli yollarına dair də görünür, Ermənistanın ali rəhbərlərində belə aydın təsəvvür yoxdur.

Müasir ordu saxlamaq, onu modern silah və hərbi texnika ilə təchiz etmək baha başa gəlir. Bəs əhalisi Moskva şəhərinin bircə inzibati dairəsi qədər olmayan Ermənistan bu qədər vəsaiti haradan əldə etsin? Odur ki, mübahisələr qızışıb, o cümlədən Qarabağa da dair – nə edək? İndi qoy Ermənistandakılar həm öz rəhbərlikləri, həm müstəqillikləri barədə özlərinə sual versinlər. Bu müstəqillik problemləri həll etməyə kömək edəcəkmi? (Report)



Xəbəri paylaş

2321 dəfə oxunub.

Digər xəbərlər