Saytımızı qiymətləndirin


 
 

"Sabah"ın baş məşqçisi: “Bu mübarizə ilə hər şey etmək olar”
Tarix: 13-03-2021 | Saat: 19:31
Bölmə:Karusel / İdman | çapa göndər

 

Sabahın baş məşqçisi: “Bu mübarizə ilə hər şey etmək olar”
Ramin Quliyev

"Komandanı iki gündür ki, qəbul etmişəm. Kimə qarşı oynadığımızı bilirdik. Kollektivdə komanda ruhu, futbolçuların istəkli və inamlı olduğunu gördüm. İki gündə belə dəyişikliyin olması məni sevindirdi".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri "Sabah" komandasının müvəqqəti baş məşqçisi Ramin Quliyev Premyer Liqanın XX turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis istefaya göndərilən ispaniyalı baş məşqçi Visente Qomes haqqında bunları söyləyib: "Bu klub rəhbərliyinin işidir. Məsələdə qırılma anı olub. Qərar verildi ki, Visente Qomes getməlidir. Detalları tam açıqlaya bilmərəm".

Quliyev komandası ilə cəmi bir məşqə çıxdığını əlavə edib: "Komandanı özünə inandırmaq istədik. İki gündə heç yatmamışan. Heyət olaraq hər şeyim ən yaxşısına qadirik. Bu mübarizə ilə hər şey etmək olar. Vacib olan futbolçularda özünəinamı yaratmaq idi".

Baş məşqçi topa daha çox sahib olmaq üçün Tiemoko Fofanadan yararlanmadıqlarını deyib. O, Azərbaycan yığmasının üzvü Ramil Şeydayev haqqında da danışıb: "Onunla 2-3 dəfə söhbət etmişəm. Ramildə ruh düşkünlüyü və inamsızlıq var. Ona şərait yaradacağam ki, özünü sübut etsin. Ümid edirəm ki, yaxın zamanda fərqli Şeydayev görəcəksiniz.

Quliyev klub rəhbərliyinin ona dəstək olduğunu vurğulayıb: "Mən hazırda müvəqqəti baş məşqçiyəm. O müvəqqəti sözünü götürə bilsəm, kluba da, mənə də xeyirdir". (Report)



Xəbəri paylaş

1364 dəfə oxunub.

Digər xəbərlər