Saytımızı qiymətləndirin


 
 

Erməni snayper əsir düşməsindən danışdı
Tarix: 11-03-2021 | Saat: 22:55
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Martın 10-da azad olunaraq Livana göndərilən erməni qadın snayper Maral Nacaryan əsir düşməyindən və Azərbaycanda saxlanılmasından danışıb.

Qarabaginfo.az xəbər verir ki, “Şant” telekanalına açıqlamasında Nacaryan noyabrın 10-da diaspordan olan yaxını Vigen Eulcekçyanla Şuşaya gedərkən saxlanıldıqlarını deyib.

“Biz Şuşaya gedirdik. Azərbaycan əsgərləri bizi mühasirəyə aldı. Onlara dedik ki, Vigenin Şuşadakı oteldə qalan əşyalarını götürmək üçün gedirik. Onlar bizim pasportumuzu, portmanatımızı, maşının açarını və mobil telefonlarımızı götürdü. Əsgərlər bizə dedilər ki, əgər sizin Azərbaycanla probleminiz yoxdursa, onda sizi İrəvana göndərəcəyik”, - Nacaryan bildirib.

O qeyd edib ki, araşdırmadan sonra Azərbaycan əsgərləri onları buraxa bilməyəcəklərini deyiblər:

"Onlar bildirdilər ki, bizi buraxa bilməzlər, çünki terrorçuyuq. Vigeni vurdular, ancaq mənə toxunmadılar. Sonra bizi "Cip"ə otuzdurub, Bakıya apardılar. Mənə dəhşətli idi və mən sağ qalacağımı təsəvvür etmirdim".

Erməni snayperin sözlərinə görə, Bakıda onunla yaxşı davranıblar və bir dəfə də olsun döyməyiblər.

Qeyd edək ki, erməni əsilli Livan vətəndaşı Maral Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüşdü. O və Vigen Eulcekçyan muzdlu kimi erməni ordusunda döyüşüb.(Axar.az)

 



Xəbəri paylaş

1401 dəfə oxunub.

Digər xəbərlər