Saytımızı qiymətləndirin


 
 

Metrodakı sıxlığın SƏBƏBİ
Tarix: 30-11-2021 | Saat: 10:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Səhər saatlarında metroda qatarların geçikməsi sərnişinlər arasında narazılığa səbəb olub.

 

Qarabaginfo.az-ın xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, ehtiyat qatarlar mütləq qaydada xətə buraxılır və xətdən çıxarılır:

 

“Yaxud da o ehtiyat qatarlar “Memar Əcəmi”, “Neftçilər” stansiyasında dalanlara verilir və orada gözləyir. Bu əməliyyat səhər saatlarında, 08:30-a qədər baş verir.

Eyni zamanda, gün ərzində interval 01:30, 01: 40, 01:50, 02:10, 02:15 saniyəyə qədər arta bilər. İnterval artımı o deməkdir ki, ehtiyat qatar dalana və yaxud depoya girib-çıxır. Ehtiyat qatarın xəttə verilməsinin sərnişinlər arasında anlaşılmazlıq yarada biləcəyi məqam budur”.

B. Məmmədov qeyd edib ki, məsələn, “Neftçilər” stansiyasında da bir saat və yarım saatdan sonra o ehtiyat qatar xəttə verilsə, qatar dövrə vurur və ondan sonra o qatar dalana verilir. Bu zaman xətdə həmin vaxt müəyyən problemlər yaranır”.

 

Qurum rəsmisi bildirib ki, ehtiyat qatarların xəttə buraxılması və çıxarılmasında müşahidə edilən problemlər “Bakmil” stansiyasının xəttin ortasında yerləşməsidir. 

 



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər