Saytımızı qiymətləndirin


 
 

Təhsil Nazirliyinin işçiləri şagirdləri intihar edən məktəbə GETDİLƏR
Tarix: 10-03-2021 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qaradağda çoxmərtəbəli binadan özünü atan iki yeniyetmə qız Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olublar.


Qarabaginfo.az
 xəbər verir ki, bu barədə Təhsil Naziri Emin Əmrullayev sosial şəbəkə hesabında məlumat paylaşıb. Nazir yeniyetmələrin ailə və yaxınlarına səbr diləyib:


“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”.


Modern.az-ın əməkdaşı intihar edən qızların məktəb daxilindəki nizam-intizam və psixoloji durumu haqqında məlumat almaq üçün Qobu qəsəbə 2 nömrəli tam orta məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirilib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:


“Biz hadisə və şagirdlər haqqında heç bir məlumat verə bilmərik. Hazırda məsələ aidiyyəti qurumların nəzarətindədir, araşdırma aparılır”.


Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Modern.az-a açıqlamasında nazirliyin əməkdaşlarının həmin məktəbdə olduğunu qeyd edib:


“Hazırda həmkarlarımız həmin məktəbdədir. Nazirlik tərəfindən şagirdlərin intiharı ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək”.     

 
Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.



Xəbəri paylaş

1335 dəfə oxunub.

Digər xəbərlər