Saytımızı qiymətləndirin


 
 

"Ermənilərə də eyni hüquqları verə bilərik..." - Deputat
Tarix: 03-03-2021 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bir neçə gün əvvəl Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında mühüm məqamlara toxunub. O, həmçinin türk jurnalistin sualını cavablandırarkən müharibənin geridə qaldığını bildirdi və dedi ki, biz yeni savaşın başlanmasını istəmirik.


Deməli, hələ də düşmən nəzarətində olan Xankəndi, Xocalı və Əsgəranın taleyi hərbi yolla deyil, başqa cür həllini tapmalıdır. Amma necə? Millət vəkili Sevil Mikayılova bu barədə fikirlərini “Şərq”ə bildirdi:


“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azad olunub. Və “Qarabağ münaqişəsi” ifadəsi artıq geridə qalıb. Xankəndi, Xocalı və Əsgəranda birgəyaşayışı təmin etmək isə ən mühüm məsələlərdəndir.


Bu, regionda daimi sülhün əsasıdır. Əlbəttə, biz tolerant xalqıq və ermənilərə də eyni hüquqları verə bilərik. Lakin gərək vətəndaşlığımızı, konstitusiyamızı qəbul etsinlər”.

 



Xəbəri paylaş

1399 dəfə oxunub.

Digər xəbərlər