Saytımızı qiymətləndirin


 
 

Bu rayonlarda 17 dərəcə şaxta olub
Tarix: 25-02-2021 | Saat: 10:35
Bölmə:Karusel / Gündəm / Region | çapa göndər

Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb. 

 

ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib. 

 

İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda  13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.

 

“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda  bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib.
Unikal.org



Xəbəri paylaş

1333 dəfə oxunub.

Digər xəbərlər
5-04-2021, 14:11 Rəmiş vəfat etdi