Saytımızı qiymətləndirin


 
 

Sabahın havası açıqlandı
Tarix: 03-02-2022 | Saat: 14:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabahın havası açıqlandı

 

Azərbaycanda fevralın 4-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununda 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 3-8° isti olacaq.



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər