Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda fərdi sahibkarların sayı 795 minə çatıb
Tarix: 17-01-2018 | Saat: 15:34
Bölmə:Karusel / Sosial | çapa göndər

 

azerbaycanda ferdi sahibkarlarin sayi 795 mine catib

2018-ci ilin yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 minə yaxınlaşıb.

 

"Qarabaginfo" xəbər verir ki, Dövlət Statistika Kömitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə hər altı fərdi sahibkardan beşi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

 

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,6%), Aran (20,9%), Gəncə-Qazax (14,0%) və Lənkəran (10,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,5%-ni kişilər, 21,5%-ni isə qadınlar təşkil edib.

 

Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27%-ni, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,8%-ni, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7%-ni təşkil edir.

 

Sahibkar qadınların 31,4%-ni Bakıda, 17,8%-ni Aran, 17,1%-ni Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

 

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,8%), Gəncə-Qazax (26,1%) və Lənkəran (22,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

 


Xəbəri paylaş

638 dəfə oxunub.

Digər xəbərlər