Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərə yeni yolun çəkilməsinə başlanılır
Tarix: 22-02-2021 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kəlbəcərə yeni yolun çəkilməsinə başlanılır

“Kəlbəcər rayonuna Gəncə-Toğanalı yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən brifinqdə bildirib.

“Hələlik düşmən qonşumuzla yaşayışı təmin edənə qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə edə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılır. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək. Bu, tunel olacaq və onun uzunluğu 12 km-ə qədər nəzərdə tutulur. Lakin layihələndirmədən sonra az da ola bilər”, - o deyib.



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər