Saytımızı qiymətləndirin


 
 

Zəngəzurdan keçən 21 kilometrlik yol Azərbaycana veriləcək – DETALLAR
Tarix: 16-02-2021 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Gorus şəhərindən David Bek (Zeyvə) kəndinə gedən yolun 21 kilometrlik hissəsini Azərbaycana təhvil verəcək.

 

Qarabaginfo.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, bu barədə Bakı və Yerevan razılıq əldə edib.

“Sənəddə bu barədə açıq yazılmasa da, ikitərəfli razılaşmaya görə, yolun bu hissəsi Azərbaycan və Ermənistan tərəfindən 3 il ərzində birgə istifadə olunmalı, Rusiya sülhməramlıları isə yolun təhlükəsizliyinə cavabdehlik daşımalıdır. Həmin 3 il ərzində Ermənistan öz ərazisində yeni yol inşa etdikdən sonra köhnə yol tam Azərbaycanın nəzarətinə keçəcək. Bu razılaşma Ermənistan baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə olunub”- deyə qəzet yazır.

 

Xatırladaq ki, Gorus-Zeyvə yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.
Modern.az



Xəbəri paylaş

1373 dəfə oxunub.

Digər xəbərlər