Saytımızı qiymətləndirin


 
 

Qalib Azərbaycan bu il Xocalı soyqırımını necə yad edəcək? - Deputatdan AÇIQLAMA
Tarix: 15-02-2021 | Saat: 15:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları tarix boyu faktlarla öz təsdiqini tapıb. Ən dəhşətlisi isə qan yaddaşımıza yazılan Xocalı soyqırımında başımıza gətirildi.

XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri – Xocalı soyqırımının 29-cu ildönümü yaxınlaşır.

Amma bu dəfə fərqli bir Azərbaycan olaraq soyqırımı qurbanlarını yad edəcəyik. 44 günlük Vətən Müharibəsindən qalib çıxan Azərbaycan bütün soyqırımı qurbanlarının, erməni vəhşiliklərindən əziyyət çəkən insanların qisasını ala bildi. Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Vaxtilə xocalıların qanı tökülən doğma yurdumuz şəhidlərimizin qanı bahasına geri qaytarıldı.


Bəs bu dəfə qalib Azərbaycan Xocalı soyqırımı qurbanlarını necə yad etməlidir?


Bununla bağlı danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib ki, anım günündə Xocalının işğaldan azad olunmuş kəndlərinə səfər olmayacaq:


“Çünki həmin kəndlər Xocalının mərkəzindən ən azı 20 km məsafədə yerləşir. Həmin kəndlərlə Xocalı arasında Xankəndi şəhəri yerləşir. Düzdür, o kəndlər bizim nəzarətimizdədir. Amma qeyd etmək lazımdır ki, onlar Füzuli, Xocavənd istiqamətindən bizim nəzarətdədir.

Artıq 3 aya yaxındır ki, Xocalı polis şöbəsinin əməkdaşları həmin kəndlərdə xidmət aparır, asayişi qoruyurlar”.

Deputatın sözlərinə görə, Xocalı soyqırımının tədbirlər planı imzalanıb:

“Xocalının azad olunmuş kəndlərinə ziyarət olmasa da, Prezident Administrasiyası tərəfindən hər il olduğu kimi, bu  dəfə də tədbirlər planı hazırılanıb. Həm ölkəmizdə, həm də ölkədən kənarda çoxsaylı tədbirlər keçiriləcək. Bu tədbirlərdə Xocalı soyqırımı qurbanları anılacaq və erməni vəhşiliyi dünya ölkələrinin diqqətinə çatdırılacaq”.


Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan silahsız və köməksiz Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan etdi.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı soyqırımı haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral tarixi "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman verilib.Modern.az



Xəbəri paylaş

1365 dəfə oxunub.

Digər xəbərlər