Ana Sayfa > Karusel / Gündəm > Qalib Azərbaycan bu il Xocalı soyqırımını necə yad edəcək? - Deputatdan AÇIQLAMA
Qalib Azərbaycan bu il Xocalı soyqırımını necə yad edəcək? - Deputatdan AÇIQLAMA15-02-2021, 15:06. Yazar: Admin |
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları tarix boyu faktlarla öz təsdiqini tapıb. Ən dəhşətlisi isə qan yaddaşımıza yazılan Xocalı soyqırımında başımıza gətirildi. XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri – Xocalı soyqırımının 29-cu ildönümü yaxınlaşır. Amma bu dəfə fərqli bir Azərbaycan olaraq soyqırımı qurbanlarını yad edəcəyik. 44 günlük Vətən Müharibəsindən qalib çıxan Azərbaycan bütün soyqırımı qurbanlarının, erməni vəhşiliklərindən əziyyət çəkən insanların qisasını ala bildi. Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Vaxtilə xocalıların qanı tökülən doğma yurdumuz şəhidlərimizin qanı bahasına geri qaytarıldı.
Artıq 3 aya yaxındır ki, Xocalı polis şöbəsinin əməkdaşları həmin kəndlərdə xidmət aparır, asayişi qoruyurlar”. Deputatın sözlərinə görə, Xocalı soyqırımının tədbirlər planı imzalanıb: “Xocalının azad olunmuş kəndlərinə ziyarət olmasa da, Prezident Administrasiyası tərəfindən hər il olduğu kimi, bu dəfə də tədbirlər planı hazırılanıb. Həm ölkəmizdə, həm də ölkədən kənarda çoxsaylı tədbirlər keçiriləcək. Bu tədbirlərdə Xocalı soyqırımı qurbanları anılacaq və erməni vəhşiliyi dünya ölkələrinin diqqətinə çatdırılacaq”.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı soyqırımı haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral tarixi "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman verilib.Modern.az Geri dön |