Saytımızı qiymətləndirin


 
 

DİN-dən 30 nəfərin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Tarix: 10-02-2021 | Saat: 12:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Suraxanı Rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin guya işdən çıxarılmasına dair bəzi elektron kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar həqiqəti əks etdirmir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cari ilin yanvar ayında həmin qurumda plan üzrə inspeksiya keçirilərək nəticələrinə əsasən qərar qəbul edilib:

 

Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilmiş, bir qrup əməkdaşa digər intizam tənbehləri verilmiş, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilmişdir.

 

Qeyd edilməlidir ki, daxili işlər orqanlarında aparılan belə yoxlamaların məqsədi idarəetmənin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, mülkiyyətinin, hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir. Eyni zamanda, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi, əməkdaşların tapşırılmış sahəyə cavabdehliyinin və məsuliyyətinin daha da artırılmasıdır".

 



Xəbəri paylaş

1349 dəfə oxunub.

Digər xəbərlər
12-12-2022, 16:02 Lerikdə zəlzələ oldu