Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək
Tarix: 12-10-2026 | Saat: 23:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək

“Məkkə sazişi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək”.

Qarabaginfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı məlumat verib.

O bildirib ki, Pakistan və Səudiyyə Ərəbistanı ilə avqustun 7-də imzalanan Birgə Müdafiə Sazişinin daxili təsdiq prosedurlarının tamamlanması üçün sənədin Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsinə hazırlıq işləri davam edir.

Ərdoğan onu da qeyd edib ki, Türkiyə etnik və məzhəb fərqlərinə baxmadan bölgədə sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək.

O əlavə edib ki, NATO-da olduğu kimi, Birgə Müdafiə Sazişi çərçivəsindəki fəaliyyətlər də Türkiyənin milli qanunvericiliyinə uyğun həyata keçiriləcək.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər