Saytımızı qiymətləndirin


 
 

Los-Anceles yaxınlığında güclü meşə yanğını başlayıb, əhali təxliyə edilir
Tarix: 12-10-2026 | Saat: 11:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Los-Anceles yaxınlığında güclü meşə yanğını başlayıb, əhali təxliyə edilir

ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərinin yaxınlığında təbii yanğın başlayıb. Bir neçə yaşayış ərazisindən sakinlərin təxliyəsi elan edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının rəsmi saytında məlumat yayımlanıb.

Bildirilib ki, oktyabrın 11-də Los-Ancelesin şimalında yerləşən Santa-Klarita şəhəri yaxınlığında başlayan yanğın “Bike” adlandırılıb.

Son məlumatlara görə, alovun əhatə etdiyi ərazi 69 hektarı ötüb. Yanğının hələlik yalnız 12 faizini nəzarət altına almaq mümkün olub.

Hakimiyyət orqanları səkkiz zonada təxliyə elan edib. Yanğından zərər çəkən sakinlərin yerləşdirilməsi üçün vahid müvəqqəti sığınacaq təşkil olunub.

Xatırladaq ki, 2025-ci ilin yanvarında Los-Anceles dairəsində baş verən bir neçə genişmiqyaslı meşə yanğını nəticəsində 30-dan çox insan həyatını itirib.

Həmin yanğınlar zamanı 15 mindən artıq tikili, o cümlədən bir sıra məşhurlara məxsus daşınmaz əmlak məhv olub.



Xəbəri paylaş

15 dəfə oxunub.

Digər xəbərlər