Tarix: 12-10-2026 | Saat: 08:00
Bölmə:Karusel / Dünya | çapa göndər
Slovakiya Rusiya təbii qazının idxalını davam etdirmək məqsədilə kifayət qədər uzun keçid dövrünün təmin olunması üçün Avropa Komissiyası ilə danışıqlar aparacaq.
Bu barədə Slovakiya parlamentinin sədr müavini Tibor Qaşpar “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya qazının idxalının tam dayandırılması nə Slovakiyanın, nə də bütövlükdə Avropa İttifaqının maraqlarına cavab verir.
“Biz Avropa İttifaqı Məhkəməsinə iddia ərizəsi təqdim etmişik və Slovakiyanın enerji təhlükəsizliyini qorumaq üçün bütün mövcud hüquqi vasitələrdən istifadə etmək niyyətindəyik”, – Qaşpar vurğulayıb.
Parlamentin sədr müavini qeyd edib ki, Slovakiya hökuməti zərurət yaranacağı təqdirdə Rusiya qazının tədarükünü davam etdirmək üçün uyğun keçid müddətinin müəyyənləşdirilməsini Avropa Komissiyası ilə müzakirə edəcək.
O, Rusiya qazından tam imtina qərarının Slovakiya ilə yanaşı, Avropa İttifaqının ümumi maraqlarına da uyğun olmadığını bildirib.
Digər xəbərlər



















