İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin qayıtması üçün şərt irəli sürüb
Tarix: 02-10-2026 | Saat: 07:10
Bölmə:Karusel / Dünya | çapa göndər
28 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-10-2026 | Saat: 07:10
Bölmə:Karusel / Dünya | çapa göndər
İran zərbələrə məruz qalmış nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişini bərpa etməyə hazırdır, lakin bunun müqabilində sanksiyaların yumşaldılmasını istəyir.
Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu imkanı Nyu-Yorkda Avropa və Yaxın Şərq ölkələrinin diplomatları ilə keçirilən qapalı görüşlərdə müzakirə edib. Danışıqlar bu həftənin əvvəlində başa çatan BMT Baş Assambleyasının sessiyası çərçivəsində aparılıb.
“Bloomberg“ qeyd edir ki, nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişinin təmin edilməsi Tehran tərəfindən güzəşt kimi qiymətləndirilə və ABŞ-la danışıqların düşdüyü dalandan çıxmasına kömək edə bilər.
Xəbəri paylaş
Digər xəbərlər
25-12-2025, 12:50
Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq
30-06-2021, 09:57
Güclü külək Sumqayıt qatarının hərəkətini dayandırdı
13-01-2023, 14:42
Naxçıvana nazir təyin edilən polkovnikin yerinə o GƏTİRİLDİ - FOTO
22-09-2022, 12:44
Millimizin oyunu alman hakimlərə tapşırıldı
17-05-2021, 12:31
“Mərkəz Lahmacun” nöqsanlara görə bağlandı - Foto
7-04-2023, 13:17
Zaurun, Xoşqədəmin, Elçinin reklam etdiyi məhsullar zay çıxdı
















