Daxili işlər orqanlarında yeni təyinat olub.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Xatırladaq ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan MR-in daxili işlər naziri təyin olunmuşdu.

Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin rəisi polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad edilərək, Suraxanı Rayon Polis İdarəsinə rəis vəzifəsinə təyin edilib.