Saytımızı qiymətləndirin


 
 

Kreml Kalininqradın blokadaya alınacağı təqdirdə, Avropanı nüvə silahı ilə hədələyib
Tarix: 30-09-2026 | Saat: 15:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Kreml: Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren işidir

Kalininqradın blokadasına Rusiyanın nüvə cavabı normativ sənədlərdə qeyd olunub.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kalininqradın blokadaya alınacağı təqdirdə, rəsmi Moskvanın nüvə silahı ilə cavab verəcəyi Rusiyanın normativ sənədlərində əksini tapıb.

“Polşadan və digər Avropa ölkələrindən Kalininqrad məsələsinə də toxunan çoxsaylı açıqlamalar eşitmişik, bəziləri olduqca azğın bəyanatlardır. Buna görə də diplomatlarımızın Avropadakı qızğın başlara bu məsələ ilə bağlı sənədlərimizi xatırlatmağa çalışması tamamilə təbiidir”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, son üç gün ərzində Belçika, Böyük Britaniya və İrlandiyadakı Rusiya səfirlikləri Moskvanın NATO-nu Kalininqradı blokadaya alacağı təqdirdə, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə davamlı olaraq xəbərdar ediblər.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər
27-08-2022, 15:22 Lerikdə zəlzələ olub