Saytımızı qiymətləndirin


 
 

Anım Günü ilə əlaqədar ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət edib
Tarix: 27-09-2026 | Saat: 20:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

Anım Günü ilə əlaqədar ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət edib

27 Sentyabr – Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr – Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik!



Xəbəri paylaş

96 dəfə oxunub.

Digər xəbərlər