Tarix: 25-09-2026 | Saat: 07:46
Bölmə:Karusel / Siyasət | çapa göndər
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Nazir vurğulayıb ki, uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycan dənizə çıxışının olmamasından irəli gələn coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına uğurla çevirib.
Nazir tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
O bildirib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsi daha dayanıqlı qlobal ticarət arxitekturasının formalaşmasına imkan verir.
Sülhün dayanıqlı bağlantıların yaradılması üçün zəruri şərt olduğunu vurğulayan Ceyhun Bayramov 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları, eləcə də regional və qlobal tranzit şəbəkələrini genişləndirəcək TRIPP təşəbbüsünü nümunə göstərib.
Digər xəbərlər














