Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildiribBu gün, 07:46. Yazar: Admin |
|
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib. Nazir vurğulayıb ki, uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycan dənizə çıxışının olmamasından irəli gələn coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına uğurla çevirib. Nazir tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsi daha dayanıqlı qlobal ticarət arxitekturasının formalaşmasına imkan verir. Sülhün dayanıqlı bağlantıların yaradılması üçün zəruri şərt olduğunu vurğulayan Ceyhun Bayramov 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları, eləcə də regional və qlobal tranzit şəbəkələrini genişləndirəcək TRIPP təşəbbüsünü nümunə göstərib. Geri dön |