Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
"Qarabaginfo" “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata istinadən xəbər verir ki, “İnterpol” xətti ilə axtarışda olan 40 yaşlı Məmmədov Lətif Fərrux oğluUkraynada saxlanılıb.
O, Azərbaycana ekstradisiya olunacaq.
Qeyd edək ki, L.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olub.