Saytımızı qiymətləndirin


 
 

“Prezident Cıdır düzündə bir kənarda sakit dayanmış Nuraniyə özü yaxınlaşdı…”
Tarix: 22-08-2026 | Saat: 12:00
Bölmə:Karusel / Multimedia | çapa göndər

prezident-cidir-duzunde-bir-kenarda-sakit-dayanmis-nuraniye-ozu-yaxinlasdi

Xəbər verdiyimiz kimi, Nurani imzası ilə tanınan jurnalist, siyasi analitik Tofiqəxanım Qasımova uzunsürən xəstəlikdən sonra vəfat edib.

“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu ötən ay jurnalistin xəstəliyi ilə bağlı xəbər yayılan ərəfədə onunla bağlı maraqlı xatirəni sosial şəbəkə hesabında bölüşmüşdü.

“Qafqazinfo” xəbər verir ki, həmin paylaşımda 2021-ci ildə Şuşaya ilk kollektiv səfər zamanı Prezident İlham Əliyevin Cıdır düzündə Nurani xanıma özünün yaxınlaşaraq söhbətləşdiyi bildirilib.

“Paylaşdığım bu foto 2021-ci ilin mayında, Şuşaya ilk kollektiv gediş zamanı Cıdır düzündə çəkilib. O zaman Azərbaycan Prezidenti İlham Əliyev Cıdır düzündə jurnalistlərlə söhbət edərkən bir kənarda sakit dayanmış Nurani xanıma özü yaxınlaşdı, salamlaşdı və “sizi dəvətlilərin siyahısına şəxsən mən özüm əlavə etdim. Yazılarınızı, şərhlərinizi oxuyuram və bəyənirəm” dedi.

Bu barədə o zaman Şuşadan yazdığım reportajımda, canlı olaraq “TV Musavat”a verdiyim müsahibəmdə də qeydlərim var. Həm Prezident, həm də birinci xanım səviyyəsində yazara, jurnalistə, onun yaradıcılığına verilən qiymətdir bunlar!”, - R.Arifoğlu qeyd edib.

Qeyd edək ki, Nurani Qasımova müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo”, “Exo” nəşrlərində çalışıb. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər