İranın Baş Qərargah rəisi Körfəz ölkələrinə xəbərdarlıq edib: Heç nə Tehranın gözündən yayınmır
Tarix: 19-08-2026 | Saat: 17:52
Bölmə:Karusel / Region | çapa göndər
72 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-08-2026 | Saat: 17:52
Bölmə:Karusel / Region | çapa göndər

İran ordusunun Baş Qərargah rəisi general-mayor Əli Abdullahi Körfəz ölkələrinə xəbərdarlıq edib.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Abdullahinin yayımladığı mesajda bildirilib.
Onun sözlərinə görə, Fars körfəzinin cənub sahilində yerləşən və müxtəlif bəyanatlarla ABŞ-ın İran əleyhinə öz ərazilərindən istifadəsinə icazə verməyəcəklərini bildirən ölkələr bilməlidir ki, heç nə İranın gözündən yayınmır.
“Xüsusilə havada bu sayda yanacaq dolduran hərbi təyyarələrin olması ev sahibi ölkələrin məlumatı olmadan mümkün görünmür”, - o əlavə edib.
Baş Qərargah rəisi qeyd edib ki, ABŞ ordusuna istənilən yardım Amerika hərbi qüvvələri ilə əməkdaşlıq və onun əməliyyatlarında iştirak kimi qiymətləndiriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
29-09-2022, 23:38
Hindistan niyə Ermənistana silah satmağa qərar verdi… - TƏHLİL
1-04-2020, 14:26
Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb
24-11-2022, 13:12
Rusiyalı jurnalist Andrey Karaulov federal axtarışa verilib
28-02-2022, 18:31
Boris Conson sabah Polşa və Estoniyaya səfər edəcək
20-02-2025, 08:34
ABŞ Dövlət Departamenti 6 media orqanına abunəlikləri ləğv edir
7-12-2024, 09:13
S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
1-06-2022, 14:19
İbrahim Rəisi sabah Təbrizə səfər edəcək
11-04-2024, 13:21
Azərbaycanın haqlı mübarizəsinə dəstək verəcəyik - Gülər

















