Ana Sayfa > Karusel / Region > İranın Baş Qərargah rəisi Körfəz ölkələrinə xəbərdarlıq edib: Heç nə Tehranın gözündən yayınmır
İranın Baş Qərargah rəisi Körfəz ölkələrinə xəbərdarlıq edib: Heç nə Tehranın gözündən yayınmırBu gün, 17:52. Yazar: Admin |
![]() İran ordusunun Baş Qərargah rəisi general-mayor Əli Abdullahi Körfəz ölkələrinə xəbərdarlıq edib. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Abdullahinin yayımladığı mesajda bildirilib. Onun sözlərinə görə, Fars körfəzinin cənub sahilində yerləşən və müxtəlif bəyanatlarla ABŞ-ın İran əleyhinə öz ərazilərindən istifadəsinə icazə verməyəcəklərini bildirən ölkələr bilməlidir ki, heç nə İranın gözündən yayınmır. “Xüsusilə havada bu sayda yanacaq dolduran hərbi təyyarələrin olması ev sahibi ölkələrin məlumatı olmadan mümkün görünmür”, - o əlavə edib. Geri dön |