Tarix: 30-07-2026 | Saat: 08:08
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya ordusu gecə saatlarında Ukraynanın müxtəlif vilayətlərinə raketlər və zərbə tipli pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib.
Unian xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq yaxınlığındakı Radiuşne kəndində iki azyaşlı qız və dörd böyük olmaqla azı altı nəfər həlak olub. Daha səkkiz nəfər, o cümlədən iki uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Lvov şəhərində yaşayış binalarına ziyan dəyib, altı nəfərin yaralandığı bildirilir. Hadisə yerlərində yanğınlar baş verib, xilasedicilər işləyir.
İvano-Frankovsk, Ternopol, Volın, Xmelnitski, Jitomir, Vinnitsa və Kiyev istiqamətlərində də partlayışlar qeydə alınıb. Ukrayna Hərbi Hava Qüvvələri Tu-95MS və Tu-160 strateji bombardmançılarından bir neçə dalğa X-101 qanadlı raketlərinin buraxıldığını təsdiqləyib.
Digər xəbərlər




















