Tarix: 20-07-2026 | Saat: 20:48
Bölmə:Karusel / Dünya | çapa göndər
İranın qərbində yerləşən Kirmanşah əyalətinin Kuzəran şəhəri yaxınlığında baş verən zəlzələlər nəticəsində üç nəfər xəsarət alıb.
Qarabaginfo.az-a xəbərə görə, İranın Fövqəladə Halların İdarəedilməsi Təşkilatının sözçüsü bildirib ki, bölgədə beş dəqiqə fasilə ilə iki zəlzələ qeydə alınıb.
Məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 07:13-də 8 kilometr dərinlikdə baş verib. Ardınca 13 kilometr dərinlikdə 5,7 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.
Bundan əvvəl Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzi (GFZ) bölgədə baş verən zəlzələnin maqnitudasını əvvəlcə 5,0, daha sonra isə 4,5 olaraq yeniləmişdi.
İlkin məlumata əsasən, zəlzələlər nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda bölgədə vəziyyət qiymətləndirilir.
Digər xəbərlər




















