Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İranın qərbində baş verən zəlzələlərdə üç nəfər xəsarət alıb
Ana Sayfa > Karusel / Dünya > İranın qərbində baş verən zəlzələlərdə üç nəfər xəsarət alıb

İranın qərbində baş verən zəlzələlərdə üç nəfər xəsarət alıb


20-07-2026, 20:48. Yazar: Admin

İranın qərbində baş verən zəlzələlərdə üç nəfər xəsarət alıb - YENİLƏNİB

İranın qərbində yerləşən Kirmanşah əyalətinin Kuzəran şəhəri yaxınlığında baş verən zəlzələlər nəticəsində üç nəfər xəsarət alıb.

Qarabaginfo.az-a xəbərə görə, İranın Fövqəladə Halların İdarəedilməsi Təşkilatının sözçüsü bildirib ki, bölgədə beş dəqiqə fasilə ilə iki zəlzələ qeydə alınıb.

Məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 07:13-də 8 kilometr dərinlikdə baş verib. Ardınca 13 kilometr dərinlikdə 5,7 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.

Bundan əvvəl Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzi (GFZ) bölgədə baş verən zəlzələnin maqnitudasını əvvəlcə 5,0, daha sonra isə 4,5 olaraq yeniləmişdi.

İlkin məlumata əsasən, zəlzələlər nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda bölgədə vəziyyət qiymətləndirilir.


Geri dön