Saytımızı qiymətləndirin


 
 

Əli Kərimlinin müşaviri azadlığa çıxdı
Tarix: 13-02-2019 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi məhkum edilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmündən verdiyimiz apellyasiya şikayətinə baxıb.

 

Bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən Cavad Cavadov bildirib.

 

Vəkilin sözlərinə görə,şikayət qismən təmin olunub:

“Bizim tələbinin bəraət olsa da, şikayətimiz qismən təmin olundu. Ona təyin olunmuş 5 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olundu və o həbsdən azad olundu”.

 

C.Cavadov qeyd edib ki, müdafiə tərəfi olaraq bəraət alınması üçün hüquqi müdafiə addımları davam etdiriləcək.

 

Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.



Xəbəri paylaş

531 dəfə oxunub.

Digər xəbərlər